Dərc edilib: 09-04-2017

https://www.nuh.az/10287-.html

Zakir Nəsirov azadlığa çıxdı

09.04.2017 13:02:50

Cəmiyyət

Aprelin 6-da Azərbaycan DİN Cinayət axtarışı idarəsinin keçmiş rəisi, general-mayor Zakir Nəsirov azadlığa çıxıb.

 

Virtualaz.org   bildirir ki, keçmiş general qapalı Qobustan həbsxanasından həbs meddətinin 2/3 hissəsini çəkdikdən sonra buraxılıb.

Məlumata görə, prezidentin əfv fərmanına müvafiq olaraq, Zakir Nəsirovun ömürlük həbs müddəti 15 illik həbslə əvəz olunmuşdu.

General-mayor Zakir Nəsirov "Qara kəmər" əməliyyatının nəticəsində həbs edilmişdi. Həmin əməliyyat çərçivəsində Azərbaycan ərazisində insan oğurluğu və qətllərdə ittiham edilmiş cinayətkar dəstə zərərsizləşdirilmişdi. 

 

  NUH.az  

NUH informasiya agentliyi səhifəsindən çap edilib