Dərc edilib: 09-04-2017

https://www.nuh.az/10297-.html

Daşqın Gülməmmədov:"Adil Əliyev Azərbaycanın milli maraqlarına xəyanət edir"

09.04.2017 15:34:34

Hadisə

 

 Adil Əliyev ermənilərin marağına xidmət edən Seyfullah Türksoyun əlindən mükafat almaqla hansı cəbhəyə işlədiyini ortaya qoyur.

 

Azərbaycan Milli Məclisinin  üzvü   Adil Əliyevin Seyfullah Türksoyun İstanbulda təşkil etdiyi “İpekyolu İlin Altın Adamı” tədbirində mükafat almağı başa düşülən deyil.

 

Bunu  NUH.az-a açıqlamasında Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov deyib. O, qeyd edib ki, bu addımla Adil Əliyev ya məlumatsızdır, getdiyi tədbirlərin kimə aid olmasını dəqiqləşdirmir, elə basməmmədi mükafat eşqi ilə tədbirlərə qatılır, ya da Azərbaycanın milli maraqlarına qarşı işləyən dairələrlə ciddi iş bir birliyindədir:” Seyfullah Türksoy Moldovanın Qaqauz Muxtariyyətinin Ankardakı rəsmi təmsilçisidir. Qaqauz Muxtariyyəti Xalq Məclisi (Parlamenti isə) isə Gürcüstanın işğal edilmiş, separatçı Abxaziya və Cənubi Osetiya bölgələrinin “müstəqilliklərini” tanıyır. Abxaziya və Cənubi Osetiya separatçı, qondarma Respublikaları isə Dağlıq Qarabağ ermənilərinin “müstəqilliyini” tanıyır. Belə çıxır ki, Adil Əliyev ermənilərin marağına xidmət edən rəsmi şəxsin əlində mükafat alır. Bu isə Azərbaycanın milli maraqlarına və milli suverenliyinə qarşı bir addımdır. Gürcüstanın ərazi bütövlüyünə qarşı hüquqi akt qəbul etmiş dövlət qurumunun rəsmi təmsilçisinin tədbirinə belə qatılmaq xəyanətdir. Belə çıxır ki, Adil Əliyev Azərbaycanın milli maraqlarına xəyanət edir. Çünki bu Abxaziya və Osetiya separtçılarının “müstəqilliyini”  tanımaqdan başqa bir şey deyildir. Belə addımlar çox güman ki, hansısa mərkəzdən idarə olunur. Abxaziya və Cənubi Osetiya separatçılarına haqq qazandırmaq, məhz Dağlıq Qarabağdakı erməni separatçılarına haqq qazandırmaqdır”.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib