Dərc edilib: 10-04-2017

https://www.nuh.az/10307-.html

Tənzilə Rüstəmxanlı Türkiyədə mükafata layiq görüldü - FOTO

10.04.2017 01:15:42

Günün sitatı

Tənzilə Rüstəmxanlı Türkiyədə "İpekyolu 13-cü Yılın Altın Adamları" mükafatlandırma mərasimində "Türk Dünyasına Xidmət" mükafatına layiq görüldü.
İnterpress.az xəbər verir ki, "Azəri-Türk Qadınlar Birliyi"nin sədri Tənzilə Rüstəmxanlı Türkiyənin İstanbul şəhərində mükafata layiq görülüb. Türkiyədə "WOW Istanbul Hotels & Convention Center"da təşkil olunan tədbirdə Tənzilə Rüstəmxanlı "İpekyolu 13-cü Yılın Altın Adamları" mükafatlandırma mərasimində "Türk Dünyasına Xidmət" mükafatına layiq görülüb.
Tədbirdə millət vəkili və "Kickboks" Federasiyasının prezidenti Adil Əliyev "Türk dünyasında ilin idman adamı", millət vəkili Fazil Mustafa "Türk dünyasına xidmət" mükafatına layiq görülüblər. Tədbirdə türkiyəli diplomat Hulusi Kılıç və başqa tanınmış şəxslər iştirak edib.
  NUH.az
 




 

NUH informasiya agentliyi səhifəsindən çap edilib