Dərc edilib: 11-04-2017

https://www.nuh.az/10320-.html

“İntim videonu yayacam” deyib 108 min aldı - Bakıda şok şantaj

11.04.2017 00:56:29

Hadisə

Bakıda kişini intim görüntüləri ilə şantaj edən şəxs ondan 108 min manat alıb.


" “Report”   xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, paytaxt sakini 34 yaşlı N.V. hüquq-mühafizə orqanlarına müraciət edərək şantaj olunduğunu bildirib. Şikayətçinin sözlərinə görə, əvvəldən tanıdığı Samir adlı şəxs hədə-qorxu gələrək onun müxtəlif qadınlarla olan intim görüntülərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib və həmin görüntüləri yaymamaq müqabilində 100 min manat alıb. Bu ilin fevral ayında həmin şəxs N.V.-dan daha 8 min manat alıb.

Əlacsız qalan şəxs polisə müraciət edib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib