Dərc edilib: 11-04-2017

https://www.nuh.az/10327-.html

Qubada 10-cu sinif şagirdləri reketlik edir

11.04.2017 17:28:36

Cəmiyyət

 

 Quba rayonunun  Alekseyevka kəndində  rüsvayçı  hadisə  baş verib.

 

NUH.az-a daxil olan  məlumata görə, rayonun Alekseyevka kənd orta məktəbinin  10-cu sinif şagirdləri  reket  dəstəsi  yaradaraq  aşağı sinif şagirdlərindən xeyli miqdarda pul  alıblar.

Daha dəqiq desək, 10-cu sinifdə oxuyan bir qrup  reket şagird   aşağı sinifdə oxuyan  uşaqları soyundurub  onlara qarşı  təhqiramiz hərəkətlər edərək   şəkillərini çəkiblər. Və internetə qoyacaqları ilə hədələyərək  onlardan pul alıblar. Bu reket  dəstəsi  hətta bəzi uşaqların valideynlərindən xeyli miqdarda pul qopara biliblər.

Məktəbin direktoru İsa Əlixanlı bu hadisəni ört-basdır etməyə çalışsa da rayon polisi bundan xəbər tutub və haırda araşdırma aparır. 

Mənbənin NUH.az-a dediyinə görə həmin reket şagirdlərin sinif rəhbəri  İsa Əlixanlının həyat yoldaşı Maral Əlixanlıdır.

 

   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib