Dərc edilib: 12-04-2017

https://www.nuh.az/10344-.html

Kliçko sabah Bakıya gəlir

12.04.2017 19:54:11

Region

Kiyev meri Vitali Kliçko 13-14 apreldə Azərbaycanda səfərdə olacaq.

 

Bu barədə APA-ya Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər zamanı V. Kliçko Azərbaycan prezidenti İlham Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslərlə görüşəcək.

Səfərin məqsədi Azərbaycanın "Eurovision", Avropa Oyunları, İslam Həmrəklik Oyunları və Formila-1 kimi beynəlxaıq mötəbər tədbirlərin keçirilməsi ilə bağlı əldə etdiyi təcrübəni öyrənməkdir.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib