Dərc edilib: 14-04-2017

https://www.nuh.az/10369-.html

"Süni qiymət artımına imkan verməyəcəyik" - Nazir

14.04.2017 15:14:17

İqtisadiyyat

"Nazirlər Kabinetinin sonuncu iclasında ölkə başçısı süni qiymət artımının qarşısının alınması ilə bağlı ciddi tapşırıqlar verib. Bununla bağlı İqtisadiyyat Nazirliyi öz səlahiyyətləri çərçivəsində lazımi tədbirlər həyata keçirirdi, lakin müşavirədən sonra bu cür tədbirlər daha da intensiv xarakter alıb".

 APA  xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, istehlak bazarında aparılan monitorinqlərin əhatə dairəsi genişlənib. "Təbii ki, İqtisadiyyat Nazirliyi süni qiymət artımının qarşısını alacaq. Bu istiqamətdə bütün zəruri addımlar atılacaq", - o bildirib.

 

    NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib