Dərc edilib: 14-04-2017

https://www.nuh.az/10370-.html

İTV-nin Yayım Şurasına üç yeni üzv seçildi

14.04.2017 15:19:18

Cəmiyyət

 

Milli Məclisin bu gün keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının tərkibində dəyişikliklərə baxılıb. 

cebhe.info   xəbər verir ki, İTV-nin Yayım Şurasında 6 illik səlahiyyət müddətinin başa çatmış üç nəfərin yerinə yeni namizədlər irəli sürülmüşdü.
Bunlar Mətbuat Şurasının namizədləri Azər Həsrət və Yadigar Məmmədli, Milli Elmlər Akademiyasının namizədi Muxtar İmanov, Həmkarlar İttifaqları Konfederasiyasının namizədləri Həsən Cəfərov və Əli Cəfərov idi.
Milli Məclis hər təşkilatdan bir nəfər olmaqla, 3 namizədi  6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvlüyünə təsdiqləyib.
  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib