Dərc edilib: 14-04-2017

https://www.nuh.az/10373-.html

"Neft erası başa çatıb" - Rövnəq Abdullayev

14.04.2017 17:45:27

İqtisadiyyat

Bu gün Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti “SOCAR Polymer”in imkanlarının sahibkarlara təqdim edilməsi ilə bağlı işgüzar görüş keçirib.

 

APA  xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib ki, neft erası başa çatıb: 

“Alternativ enerjinin payı dayanmadan artmaqdadır. Artıq 40-50 ildən sonra neftə olan tələbat azalacaq. Bu səbəbdən də kimya sənayesinin inkişafına böyük önəm verilməlidir.

Azərbaycan kimyasının gələcəyi perspektivlidir. Bu səbəbdən də sahibkarları kimya sənayesində reallaşdırılan layihələrdə yaxından iştirak etməyə dəvət edirəm”, - deyə R.Abdullayev qeyd edib.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib