Dərc edilib: 14-04-2017

https://www.nuh.az/10377-.html

Bakıda körpələr evində yanğın - 18 uşaq xilas edildi

14.04.2017 20:03:46

Hadisə

Bakıda körpələr evində yanğın baş verib.


"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, Pirallahı rayonunda ümumi sahəsi 450 m² olan ikimərtəbəli "Cırtdan" körpələr evinin zirzəmisində 3 m² sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunub. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib