Dərc edilib: 19-04-2017

https://www.nuh.az/10434-.html

“Rixos Quba” oteli Məmmədovların əlindən alınır

19.04.2017 14:44:34

Cəmiyyət

Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun daha bir biznes aktivi əlindən alınıb.


Baku.ws-un   məlumatına görə, Məmmədovların Qubadakı "Rixos Quba” oteli də onların nəzarətindən çıxır. Artıq otelin yeni sahibinə təhvil-təslim edilməsi prosesi yekunlaşmaq üzrədir. 
 
Otelin bu günlərdə başqa mülkiyyətçiyə keçəcəyi bildirilir.
  
Qeyd edək ki, ümumi sahəsi 946.565 kvadrat metr olan ərazidə tikilən "Rixos Quba Azerbaijan" golf sahəsi, xizək imkanları, rahatlıq və lüksün göz qamaştırdığı otaq, süit və villaları ilə diqqət çəkir. Restoranlar, barlar, SPA və çox daha çox məkanı özündə birləşdirən "Rixos Quba" Azərbaycanda elit və imtiyazlı təbəqə üçün xidmət göstərir.

 

 NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib