Dərc edilib: 19-04-2017

https://www.nuh.az/10440-.html

Azərbaycan ordusunun bütün bölmələri hərəkətə keçdi - FOTOLAR

19.04.2017 19:16:35

Cəmiyyət

Təlimlərin növbəti mərhəlisdə qoşunlar yerləşdikləri rayonlardan açılma həddinə çıxmaq üzrə tapşırıqları yerinə yetiriblər. Bu barədə "Qaynar"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya və xüsusi növ qoşunların digər bölmələri tapşırıqları təlimin şərtlərinə uyğun yerinə yetiriblər. Təlimlərin bu mərhələsinin əsas xüsusiyyəti qoşunların qaranlıq vaxtı hərəkətinin təşkili və həyata keçirilməsidir ki, bu da işığı maskalama (gizlətmə) üzrə əlavə tədbirlərin görülməsini tələb edir.
Təlimlərdə əsas diqqət həmçinin tapşırıqların dəqiq və vaxtında icra edilməsi məqsədilə qoşunların hərtərəfli təminatına, komendant və mühəndis xidmətlərinin fəaliyyətinə yönəldilib.
  NUH.az 
         

NUH informasiya agentliyi səhifəsindən çap edilib