Dərc edilib: 20-04-2017

https://www.nuh.az/10447-.html

Qaxdakı ceyranların son - Fotoları

20.04.2017 11:30:08

Cəmiyyət

“Cəmi 5-6 il öncə bu çöllərdə ancaq kələz, ilan, çəyirtgə, və s. həşaratlardan başqa heç nə müşahidə etmək mümkün deyildi. Hətta quşlar belə buralarda tək-tük görünərdi”.

Bu sözləri İlusu Dövlət Təbiət Qoruğunun rəis müavini Azərçin Muradov qoruqdakı Qaxdakı ceyranların son fotolarını paylaşaraq yazıb. O bildirib ki, 2010-cu ildən Azərbaycanda "Ceyranların Reintroduksiyası" layihəsi həyata keçirilməyə başlanılıb və layihə 2015-ci ilədək davam etdirilərək ceyranlar əzəli məskənlərinə bərpa edilib:

“Ceyranların bugünki durumu, adı çəkilən ekoloji layihənin uğurla baş tutması və yeni ceyran populyasiyalarının təməlinin qoyulmasına sübutdur. Təbiətimizin Zənginliyi bizim ürəyimizin genişliyindən və rəhimliyindən, nəfsimizin təmizliyindən asılıdır. Ceyranların bir daha yox olmaması üçün, gərək əhali həqiqətən Təbiətin qədrini bilsin”.

Günel Hacı

 



NUH informasiya agentliyi səhifəsindən çap edilib