Dərc edilib: 21-04-2017

https://www.nuh.az/10468-.html

Milli Şura mitinqi təxirə saldı

21.04.2017 17:46:18

Siyasət

Milli Şuranın aprelin 22-nə təyin olunmuş mitinqi təxirə salınıb.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) APA-ya verilən məlumata görə, AXCP Gənclər Təşkilatının sədri İlham Hüseyn BŞİH-ə müraciət edərək aksiyanın keçirilməyəcəyini bildirib.  

Qeyd edək ki, Milli Şura aprelin 22-də keçmiş "Məhsul" stadionunda mitinq keçirilməsinə razılıq verilməsi üçün bir neçə gün əvvəl BŞİH-ə müraciət edib

 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib