Dərc edilib: 21-04-2017

https://www.nuh.az/10475-.html

Universitetdə kütləvi dava - Tələbə bıçaqlandı

21.04.2017 23:44:13

Hadisə

Gəncə şəhərində tələbə bıçaqlanıb.
 
 Report   xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin  tələbəsi naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralı əməliyyat olunub və vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Universitetin qarşısında kütləvi dava düşüb və mübahisə zamanı tələbələrdən biri bıçaqlanıb.
 
Tələbənin hansı şəraitdə və kim tərəfindən bıçaqlanması araşdırlır.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib