Dərc edilib: 22-04-2017

https://www.nuh.az/10482-.html

Həsən Orucoğlunun şeirləri 1

22.04.2017 19:15:26

Cəmiyyət

 

                  Sənin adınla...

   

    Həkim-kardioloq Vüqar Zamanova  ithaf edirəm

 

Ürək yaman şeydir, atam balası

Ərköyün uşaqtək aparır özün

Adamın sözünü eşitmir bəzən

İlahi, görəsən dönəndə üzün..

 

Əslində nə sirr var gör nə möcüzə

Həkimi görəntək  dönür quzuya.

Yatmış bir ürəyi onun şəfası

Döndərir ən böyük istək arzuya

 

İstisinə qızınır bu bədənim

Qalanmışam alovunla- odunla

İndi arxayınam həyatda, həkim

Ürəyim döyünür sənin adınla,

Ürəyim döyünür sənin adınla.

 

Həsən Orucoğlu  şair, publisist

Qarabağ müharibəsi veteranı Zəngilan rayonu

NUH informasiya agentliyi səhifəsindən çap edilib