Dərc edilib: 22-04-2017

https://www.nuh.az/10483-.html

Həsən Orucoğlunun şeirləri 2

22.04.2017 19:20:31

Siyasət

 

                              Qorusun

 

      Həkim-nevroloq  Elnur  Fərəcova ithaf edirəm

 

 Sən elin Nurusan, elin Günəşi

 Adi bir sözün də məlhəmdi cana.

 Günbatan ölkədən gəlib çıxmısan

 Odlar yurduna – Azərbaycana.

 

 Gəzmisən kənardan, gəzmisən gendən

 Dəyirsən xəstənə  sən dönə-dönə

 Əyninə ağ xalat geydiyin gündən

 Bütün xəstələrin çıxıb ağ günə.

 

 Zirvədə  görünür şərəfli adın

 Dərdi, azarı əlin bağlasın

 Xəstənin ömrünə ömür caladın

 O, Uca Tanrı da səni saxlasın

 O, Uca Tanrı da səni saxlasın.

 

Həsən Orucoğlu  şair, publisist

Qarabağ müharibəsi veteranı Zəngilan rayonu

NUH informasiya agentliyi səhifəsindən çap edilib