Dərc edilib: 22-04-2017

https://www.nuh.az/10485-.html

Ermənistanda rus əsgəri qətlə yetirilib

22.04.2017 20:32:37

Region

Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya bazasının əsgəri qətlə yetirilib.

 Trend   xəbər verir ki, saat 17:30 radələrində Gümrü təcili yardım stansiyasına Kursk meydanında Rusiya hərbi formasında həyat əlamətləri olmayan kişinin olduğu barədə məlumat daxil olub. Hadisə yerinə gələn həkimlər kişinin ölümünü qeydə alıblar.

Ermənistan polisinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, ilkin məlumatlara görə, ölən rusiyalı hərbçidir. Hazırda qətli törətməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb.

Rusiyanın Ermənistanda olan hərbi bazasının nümayəndələrindən hələlik şərh almaq mümkün olmayıb.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib