Dərc edilib: 24-04-2017

https://www.nuh.az/10502-.html

DİN-in yüksək rütbəli polkovniki Bakıda qəzaya düşdü

24.04.2017 11:01:08

Hadisə

Daxili İşlər Nazirliyinin (DİN) yüksək vəzifəli əməkdaşının xidməti avtomobili qəzaya düşüb.

 "Report”   xəbər verir ki, hadisə Bakı şəhəri, Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.
Məlumata görə, DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polis polkovniki Əbdül Zərgərlinin "Hundai” markalı xidməti avtomobili "Mercedes” markalı maşınla toqquşub.
Hadisə nəticəsində Ə.Zərgərlinin sürücüsü xəsarət alaraq DİN-in hospitalına yerləşdirilib.
Hadisə zamanı Ə.Zərgərlinin avtomobildə olub-olmadığı bilinmir.
Faktla bağlı araşdırma aparılır.
   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib