Dərc edilib: 24-04-2017

https://www.nuh.az/10512-.html

Kürdəmirin polis rəisi NUH.az-ın məlumatını təkzib etmədi

24.04.2017 17:20:35

Hadisə

Bu gün NUH.az-ın yaydığı məlumatda qeyd olunurdu  ki, aprelin 21-də Daxili İşlər Nazirliyinin Kollegiya iclası keçiriib. Və iclasda cənab nazir Kürdəmir rayon polis şöbəsinin rəisi İsmayıl Əsədovu bizə məlum olmayan səbəbdən Kollegiya iclasından uzaqlaşdırıb.

 

Məlumat üçün bildirək ki, İsmayıl Əsədov  uzun müdət  Nizami, Yasamal və Nərimanov rayonlarının polis rəisi vəzifəsində çalışıb.

 

Məlumatı dəqiqləşdirmək üçün DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxldıq. O, işdən kənarda olduğunu əsas gətirərək  sualımıza konkret cavab vermədi.

Sonra Kürdəmir  RPŞ-nin rəisinin özü ilə əlaqə saxldıq. Rəis Kollegiya iclasında xüsusi bir  hadisə baş vermədiyini qeyd edərək bildirdi ki: " Həmişə olduğu kimi cənab nazir işlə bağlı iradlarını, tənqidi fikirlərini söyləyib".

Bir sözlə, cənab  rəis Kollegiya iclasından uzaqlaşdırılmağı ilə bağlı NUH.az-ın məlumatını nə təsdiq, nə də təkib etdi. 

 

  NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib