Dərc edilib: 25-04-2017

https://www.nuh.az/10520-.html

Tramp BMT-də islahatlara çağırdı

25.04.2017 00:30:22

Dünya

ABŞ prezidenti Donald Tramp BMT-də islahatların keçirilməsinə çağırıb.
Trend-in  məlumatına görə, Tramp ümumdünya təşkilatının maliyyələşdirilməsi haqqında məsələlərin yenidən baxılmasına ehtiyac olduğunu bildirib.
ABŞ prezidenti BMT Təhlükəsizlik Şurasına daxil olan ölkələrin daimi nümayəndələri ilə Vaşinqton görüşü zamanı bildirib: "Mən çoxdan hesab edirəm ki, BMT kifayət qədər effektiv deyildir, lakin böyük potensiala malikdir".
Bundan başqa, ABŞ lideri BMT-nin maliyyələşdirilməsi ilə bağlı məsələlərə yenidən baxmağa çağırıb: "Biz həmçinin BMT-nin büdcəsini diqqətlə araşdırmalıyıq. Xərclər nəzarətdən tamamilə çıxıb".

 

   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib