Dərc edilib: 25-04-2017

https://www.nuh.az/10524-.html

Azərbaycanda məktəbli özünü asdı

25.04.2017 11:31:05

Hadisə

Ağdaş rayonunda intihara cəhd hadisəsi baş verib. 

 APA-nın  xəbərinə görə, hadisə ötən gecə rayonun Cardam kəndində qeydə alınıb. Kənd sakini, 2002-ci il təvəllüdlü Salehov Tunar Bayram oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihara cəhd edib. Valideynləri hadisədən tez xəbər tutduqları üçün onu xilas edə biliblər. Tunar Salehov ağır vəziyyətdə Ağdaş Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Cardam kənd orta məktəbin 10-cu sinif şagirdi olan T.Salehovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.
    
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib