Dərc edilib: 27-04-2017

https://www.nuh.az/10544-.html

Türkiyədə 9 min polis işdən çıxarıldı

27.04.2017 13:21:58

Region

Türkiyədə FETÖ ilə əlaqəsi olduğu iddia edilən 9 min 103 nəfər polis vəzifəsindən uzaqlaşdırılıb.

"Qaynar"ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ölkənin 72 əyalətində 1009 nəfər polis isə həbs edilib.
Baş Polis İdarəsi verdiyi açıqlamada vəzifəsindən azad edilən və həbs edilən polislərin 667 saylı qanunu pozduqlarını, yəni milli təhlükəsizliyə xələl gətirdiklərini və Fətullahçı Terror Təşkilatı (FETO) ilə əlaqədə olduqlarını iddia edib.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu aparılan əməliyyatların "gizli imamları" aşkara çıxartmaq məqsədi daşıdığını söyləyib.
Əməliyyatların yaxın günlərdə də davam etdiriləcəyi bildirilib.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib