Dərc edilib: 27-04-2017

https://www.nuh.az/10548-.html

Fuad Poladov təqdimata niyə gəlmədi?

27.04.2017 16:00:35

Mədəniyyət

Xalq artisti Fuad Poladov çəkildiyi “Nazlı” filminin təqdimat mərasiminə gəlməyib. Yayılan məlumatlara görə, aktyor xarici ölkələrin birində müalicə olunur.

 

Fuad Poladov Yeniçağ.az-a açıqlamasında hazırda müalicə olduğunu bildirib: “Xaricdə müalicə almamışam, yalan söhbətdir. Bakıdakı xəstəxanaların birində müalicə olunuram. Səs tellərimdə problem yaranıb, amma artıq düzəlirəm. Həkimlərin dediyinə görə, xəstəlik əsəb və gərginlikdən yaranıb”. Xalq artisti səhhətində yaranan problemə görə teatrdakı rollarını da təxirə saldığını bildirib: “Hələ ki, teatra gedib-gəlmirəm, çünki səs tellərimi qoruyuram”.

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib