Dərc edilib: 27-04-2017

https://www.nuh.az/10550-.html

Rəfiqəsinə qoşulub qaçdığı deylən qızın ATASI danışdı - “Qızım yanımdadır...”

27.04.2017 19:42:16

Hadisə

Gəncə Dövlət Universitetinin tələbəsi olan Ayla Əliyeva tələbə yoldaşı Nazlı Qulamovaya (adlar şərtidir-red.) qoşulub qaçması barədə xəbər bu gün ölkə mediasının ən çox müzakirə edilən hadisələrdən idi.
 
Modern.az məsələ ilə bağlı rəfiqəsinə qoşulub qaçdığı iddia edilən Ayla Əliyevanın atası Aslan İsmayılovla əlaqə saxlayıb. Ata yayılna xəbəri dezinformasiya adlandırıb.
 
"Bizim qızımızın hara getdiyindən və kiminlə olduğundan xəbərimiz var.  Qızım yaxın rəfiqələri ilə Şəkiyə gəzintiyə getmişdi. Qızlardan birinin telefonu xarab olduğu üçün  ailəsi ilə əlaqə saxlaya bilməyib. Normal olaraq ailə də narahat olub. Nəticədə qarşı tərəfin ailəsi polisə müraciət edib və hadisə böyüyüb. Qızların qoşulub qaçmaq  məlumatı dezinformasiyadan başqa bir şey deyil. Bu məlumatın necə yarandığını bilmirik. Ayla (şərtidir-red) hazırda yanımızdadır. Biz kiminsə təkidi ilə qızımızı universitetdən uzaqlaşdırmamışıq. Belə xəbərləri yayan insanlar  qızın gələcəyini, ailəsini düşünmürlər. İnsanın mənəviyyatı, şərəfi ilə oynayırlar. Bir insana ləkə yaxmaq bu qədər asan olmamalıdır. Qızımla sevgili olduğu iddia edilən qız da hazırda ailəsinin yanındadır. Çox yaxın rəfiqə olduğu üçün  belə məlumatlar yayıblar. Halbuki o qız nişanlıdır. Bu xəbəri yayanlar qızın özünü öldürə biləcəyini düşünmədilərmi? Biz axı mentalitet, adət-ənənə ilə yaşayan insanlarıq. Qızımın Türkiyəyə qaçdığını da deyilər. Axı onun heç xarici pasportu yoxdur! Bu necə ola bilər?."

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib