Dərc edilib: 28-04-2017

https://www.nuh.az/10559-.html

Kim akademik seçiləcək: Nizami Cəfərov, yoxsa Möhsün Nağısoylu?

28.04.2017 14:41:13

Cəmiyyət

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilib.


Yıncaqla  bağlı yayılan məlumatdan bəlli olur ki, mayın 2-də AMEA-nın növbəti ümumi yığııncağı keçiriləcək. Və  AMEA-nın Rəyasət Heyətində baş tutacaq Ümumi yığıncaqda  AMEA-nın həqiqi və müxbir üzvlüyünə, vitse-prezident və AMEA-nın İctimai Elmlər, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibi vəzifələrinə seçkilər keçiriləcək.

 

NUH.az-a daxil olan məlumata görə, dilçilik bölməsi üzrə AMEA-ya həqiqi üzv ( akademik) seçilmək uğrunda millət vəkili Nizami Cəfərovla tanınmış  alim  Möhsün Nağısoylu arasında gərgin mübarizə gedəcək. 

Mənbənin NUH.az-a dediyinə görə, Möhsün Nağısoylu Prezidentin müşaviri  Kamal Abdulla tərəfindən ciddi dəstəkənir. Nizami Cəfərovun da hakimiyyət daxilində ciddi dəstəyi var. 

Kimin akademik seçiləcəyi isə  mayın 2-də bəlli olacaq. 


   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib