Dərc edilib: 29-04-2017

https://www.nuh.az/10568-.html

Bakıda maşın piyadanın üstündən keçdi - Hər iki ayağı amputasiya edildi

29.04.2017 09:47:33

Hadisə

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.
 
Belə ki, 1967-ci il təvəllüdlü Dadaşov Tərlan Məmmədağa oğlu dostları ilə kafedən çıxıb yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub.
Avtomobil onun üzərindən keçib.
 
Nəticədə yaralı ağır kəllə-beyin və bədən travması ilə xəstəxanaya yerləşdirilib. Onun hər iki ayağı amputasiya edilib. Vəziyyəti ağırdır.
 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib