Dərc edilib: 30-04-2017

https://www.nuh.az/10587-.html

Polad Bülbüloğlu Türkmənistanın Xalq artisti oldu

30.04.2017 00:26:23

Maraqlı

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun Türkmənistanın Xalq artisti fəxri adına layiq görülməsi ilə bağlı fərman imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Türkmənistanın "turkmenistan.gov.tm" saytı məlumat yayıb.  

Fərmanda qeyd olunur ki, Pülbüloğlu fəxri ada Türkmənistan və Azərbaycan respublikaları arasında dostluq, qardaşlıq, mehriban qonşuluq və əməkdaşlığın gücləndirilməsindəki xüsusi xidmətlərinə, habelə iki ölkə arasında mədəniyyət və humanitar sahələrdə dialoqun möhkəmlənməsinə, istedadına və musiqi sənətinin inkişafında uğurlara görə layiq görülüb. 

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib