Dərc edilib: 30-04-2017

https://www.nuh.az/10597-.html

Bu gün kimlər qalib gəldi? - Adlar

30.04.2017 13:22:43

İdman

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2017”nin qaliblərinin adları açıqlanıb.

"Qafqazinfo" xəbər verir ki, birinci yerin sahibi kişilər arasında  30 yaşlı Türkiyə vətəndaşı Veysi Aslandır, ikinci yerə Türkiyə vətəndaşı Üzeyir Söyləməz, üçüncü yerə Rusiya vətəndaşı Vladimir Demyanov çıxıblar.

Qadınlar arasında ilk yeri də Türkiyə vətəndaşı Yayla Kiriçtli tutub. İkinci yerdə Ukrayna vətəndaşı Valentina Poltovska, üçüncü yerdəisə İran vətəndaşı Persina Arap qərarlaşıb.

Qeyd edək ki, “Bakı Marafonu-2017” yarışının mükafatlandırma mərasimi iki kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları ilk 3 yer uğrunda qaçış zolağında mübarizə aparacaqlar. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediləcəklər.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib