Dərc edilib: 01-05-2017

https://www.nuh.az/10609-.html

Ədliyyə Nazirliyi Nuray Bayramzadə ilə bağlı qərar verdi ŞOK VİDEO

01.05.2017 11:24:28

Cəmiyyət

7  dekabr 2016-cı il tarixdə Quba rayon icra şöbəsində icra prosesi zamanı 10 yaşlı Nuray Bayramzadəyə qarşı zor tətbiq  edilməsi, az yaşlının təzyiqə və zorakılığa məruz qalması ilə bağlı  videomaterial  internet portallarında və sosial şəbəkələrdə yayılandan sonra  baş verən bu qanunsuzluq və qeyri-insani hərəkətlər Azərbaycan cəmiyyəti tərəfindən böyük təpki və qınaqla qarşılandı, hətta deyərdik ki, geniş ictimaiyyətin qəzəbinə səbəb oldu.


Və dərhal Milli Məclisin üzvləri Qənirə Paşayeva, Vahid Əhmədov, digər deputatlar baş verənləri kəskin qınadılar.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi olayla bağlı rəsmi açıqlama verdi: “Komitə hazırkı vəziyyətdə məhkəmə qətnaməsinin icrası üzrə tədbirlərin davam etdirilməsinin Nuray Bayramzadənin mənafeyinə uyğun olmadığını hesab edir. Ölkə qanunvericiliyinə və beynəlxalq konvensiyalara əsasən   dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Qərarların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Məsələ ilə bağlı Komitə tərəfindən Ədliyyə Nazirliyi ilə əlaqə saxlanılıb. Nazirlik baş vermiş insidentlə bağlı hazırda xidməti araşdırma aparıldığını və nəticə üzrə qanunamüvafiq tədbirlər görüləcəyini bildirib".

Olayla bağlı İnsan Hüquqları üzrə  Müvəkkilin – Ombudsmanın da açıqlaması da diqqəti cəlb etdi: “İnternet portallarında və sosial şəbəkələrdə yayılmış videoda Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Quba icra şöbəsinin icra məmurları tərəfindən məhkəmə qərarının icrası zamanı 10 yaşlı Bayramzadə Nuray Əvəz qızına qarşı azyaşlı uşağın psixoloji durumu və vəziyyəti, keçirdiyi sarsıntılar nəzərə alınmadan kobudluğa yol verildiyi, bu hərəkətlərə yol verməklə ölkəmizin qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvensiyasının, Azərbaycan Konstitusiyasının və Uşaq Hüquqları haqqında Qanunun və digər qanunvericilik aktlarının tələblərinin pozulması halları müşahidə edilib. Bununla bağlı, Ombudsman tərəfindən məsələ dərhal nəzarətə götürülüb, qeyd olunan halların təcili araşdırılmasını, müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə məlumatların bildirilməsi üçün Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə rəsmi müraciət edilib”.

 

Az qala bütün ölkəni silkələyən, bütün dövlət qurumlarının işə qarışdığı bu dəhşətli hadisənin nəticəsi nə oldu?

 

NUH.az –a daxil olan məlumata görə, az qala bütün dövlət qurumları işə qarışandan sonra Nuray Bayramzadənin   atası Əvəz Bayramovun ərizəsi ilə müvəqqəti “barışıq” elan olunub, yəni məhkəmə qərarlarının icrası müvəqqəti  “dondurulub”.

Daha dəqiq desək, Quba rayon məhkəməsinin hakimi Zamin Tahirovun qəbul etdiyi qərardada görə, Nuray Bayramzadə ilə bağlı məhkəmə qərarının icrası müvəqqədi  dayandırılıb. Yəni Əvəz Bayramov istədiyi vaxt məhkəmə qərarının icrasını tələb edə bilər. Qərardad sanki Əvəz bayramovun diqtəsi ilə yazılıb.

 

Axı, bu problemdən çıxış yolu deyil, cənablar.

 

Bütün ölkə şahid oldu ki, 10 yaşlı Nuray Bayramzadə həyatında ilk dəfə gördüyü atasını qəbul etmir, onu görəndə sterss, sarsıntı keçirir. Bu məsələnin insani tərəfi.

Görək əlahəzrət hüquq nə deyir?

 

Məsələ ilə bağlı  Nuray Bayramzadənin  vəkili  Balabəy  Məlikova müraciət etdik. Vəkil  NUH.az-a bildirdi ki: “İcra haqqında AR qanununun 70.4-cü maddəsində konkret olaraq qeyd olunur ki: “İcra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarılması haqqında qərar qəbul edir”.

Bəli, qanun icranın müvəqqəti dondurulmasını deyil, yenidən məhkəməyə qaytarılmasını tələb edir.

 

Digər tərəfdən, Ailə Məcəlləsinin  52-ci maddəsində (Uşağın öz fikrini bildirmək hüququ) qeyd olunur ki: “Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər”.


Yuxarıda  qeyd etdiyimiz qanunlar, məcəllələr isə Əvəz Bayramova və onun havadarların sərf etmir, on görə də müvəqqəti olaraq məsələni dondururlar ki, əlverişli məqamda icraat yenilənsin. Bu isə 10 yaşlı Nuray Bayramzadənin hüquqlarını pozamaq, onu yenidən stres və sarsıntıya düçar etmək, bir sözlə 10 yaşlı uşağı daimi qorxu və həyəcan altında saxlamaq deməkdir.

Digər tərəfdən videoda açıq-aşkar görünür ki, icra prosesində iştirak edən qeyri-rəsmi şəxslər, taksi şoferi Xaləddin Əmrahov, Xaçmaz regional ədliyyə idarəsindən dəvət edilmiş və Nuraya qarşı xüsusi amansızlıq edən Vüsal adlı icraçı və digərləri niyə cəzası qaldı..?

 

Bir sözlə, səlahiyyətli  dövlət quurmları  10 yaşlı Nuray Bayramzadə ilə bağlı konkret qərar qəbul etmək istəmirlər, kimlərsə buna mane olur. Bu isə 10 yaşlı Nuray Bayramzadənin həyatını təhlükəyə atmaq deməkdir.

 

  NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib