Dərc edilib: 01-05-2017

https://www.nuh.az/10613-.html

Abutalıbov məşhur milyarderin Bakıdakı obyektini sökdürür

01.05.2017 13:24:00

Siyasət

Bakının ən məşhur və uzun müddətdir fəaliyyət göstərən restoran-əyləncə mərkəzlərindən olan Bakı Əyləncə Mərkəzinin sökülməsi tələb edilir.


Bu barədə xəbəri Lent.az-a BƏM-in baş administratoru təsdiqləyib. O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti əyləncə mərkəzinin söküləcəyi və yerində yeni infrastruktur yaradılacağı ilə bağlı BƏM rəhbərliyinə layihə təqdim edib. Meriya eyni  zamanda BƏM-in də tezliklə sökülməsini qurum rəhbərliyindən tələb edib. Lakin baş administrator onu da əlavə edib ki, əyləncə mərkəzinin rəhbərliyi müvafiq instansiyalarla danışıb və söküntü ilə bağlı qərarı dayandırıb. Obyekt hələ ki fəaliyyətini davam etdirir.  

Qeyd edək ki, BƏM-in söküləcəyi xəbərini bakupost.az saytı yayıb. Saytın xəbərinə görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən obyekt sahibinə xəbərdarlıq göndərilib. Xəbərdarlıqda qeyd olunub ki, sökülmə barədə məhkəmə qərarı var, BƏM yaxın günlər ərzində boşaldılmalıdır.

Bildirilir ki, ötən şənbə günü BŞİH-nin başçısı Hacıbala Abutalıbov şəxsən BƏM-ə gedərək, söküntü işlərinin başladılmasına göstəriş verib. Hətta əraziyə bir neçə ekskavatorun aparıldığı da bildirilir. Bu, əvvəlcə obyektdə çalışanlarla icra nümayəndələri arasında gərginliyə səbəb olub. Lakin sonradan ara sakitləşib.

Onu da qeyd edək ki, BƏM  tanınmış azərbaycanlı iş adamı, milyarder İsgəndər Xəlilova məxsusdur.

 

   NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib