Dərc edilib: 02-05-2017

https://www.nuh.az/10624-.html

Azərbaycanın tanınmış jurnalisti vəfat etdi

02.05.2017 10:32:39

Hadisə

Azərbaycanın tanınmış jurnalisti Zöhrab Əmirxanlı bu gecə dünyasını dəyişib.

Yaxınlarının axar.az-a verdiyi məlumata görə, bu gün Zöhrab Əmirxanlının nəşi dəfn üçün doğulduğu Şamaxı şəhərinə aparılacaq.

Qeyd edək ki, Zöhrab Əmirxanlı 1958-ci ildə dünyaya gəlib. Tanınmış jurnalist “Bakı-Baku”, “Respublika”, “Səhər”, “Millət”, “7 gün”, “Hürriyyət”, “Azadlıq”, “Müxalifət”, “Üçüncü Azərbaycan” və başqa qəzetlərdə çalışıb.

Allah rəhmət eləsin!

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib