Dərc edilib: 03-05-2017

https://www.nuh.az/10647-.html

Prezidentdən Millli Qəhrəman övladlarına güzəşt; 23 yaşınadək...

03.05.2017 19:27:50

Cəmiyyət

Prezident İlham Əliyev “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Prezidentin 2005-ci il 14 iyul tarixli 258 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.


"Qafqazinfo" xəbər verir ki, dəyişikliklərə əsasən təqaüd Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxsin dul arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına, bu kateqoriyalardan ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, bununla bağlı birinci növbədən olan digər qohumları yoxdursa, baba və nənələrinə veriləcək”.

Xatırladaq ki, əvvəl Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxsin dul arvadına və 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı uşaqlarına, dul arvadı və uşaqları olmadıqda isə valideynlərinə prezident təqaüdü verilirdi.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib