Dərc edilib: 03-05-2017

https://www.nuh.az/10649-.html

Rusiya və Türkiyə arasında ticarətdə olan məhdudiyyətlər aradan götürüldü

03.05.2017 20:28:32

Siyasət

"Rusiya və Türkiyə arasında ticarətdə olan məhdudiyyətlər aradan götürülüb". Bu sözləri Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.


O bildirib ki, Rusiya təyyarəsinin vurulmasından sonra baş verən böhrandan sonra əlaqələrin bərpası dövrü tam başa çatıb və normal vəziyyətə qayıdıb: “Türkiyə Rusiya üçün vacib və perspektivli tərəfdaşdır. Biz prezidentlə görüşdə ticarətdə məhdudiyyətlərin aradan qaldırılması və qarşılıqlı hesablamaların milli valyuta ilə həyata keçirilməsi məsələsinə toxunduq”.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib