Dərc edilib: 04-05-2017

https://www.nuh.az/10651-.html

Tramp Abbasla görüşdü, mühüm mesajlar verdi

04.05.2017 11:22:23

Siyasət

ABŞ prezidenti Donald Tramp Fələstin lideri Mahmud Abbası Ağ Evdə qəbul edib.


“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, dövlət başçıları təkbətək görüşəndən sonra ortaq mətbuat konfransı keçiriblər.

İsrail ilə Fələstin hökumətinin münasibətlərinin normal çərçivələrdə inkiafını görmək istədiyini vurğulayan Tramp ABŞ-ın bunun üçün əlindən gələni etməyə hazır olduğunu bildirib: “Lakin hər hansı bir sülh müqaviləsi ABŞ və ya başqa bir ölkə tərəfindən təlqin oluna bilməz. İsrail və fələstinlilər bu anlaşma üçün birlikdə çalışmalıdırlar. Sülh yolunda ciddi irəliləyiş təmin olunub və Abbası bir gün İsrail ilə sülh müqaviləsini imzalamaq üçün burada yenə qonaq qəbul etməyə hazıram”.

Mahmud Abbas da Orta Şərqdə sülhün təmin olunmağı üçün hələ də şansın olduğuna inandığını, lakin bunun üçün bəzi addımların atılmalı olduğunu söyləyib: “İsrailin torpaqlarımızdakı işğalına son qoyma zamanı gəlib. İsrail Fələstini, Fələstin də İsraili tanımalıdır”.

 

 NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib