Dərc edilib: 05-05-2017

https://www.nuh.az/10662-.html

Motosiklet piyadanı vurub öldürdü

05.05.2017 15:09:32

Hadisə

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.


 APA   xəbər verir ki, paytaxtın Nəsimi rayonu ərazisində Sultan Gözəlovun idarə etdiyi motosiklet (skuter) yolu keçmək istəyən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Məlumata görə, hadisə paytaxtın Bakıxanov küçəsində, Rusiya səfirliyinin yaxınlığında baş verib. 

Hadisənin təfərrüatları və ölən şəxsin kimliyi müəyyənləşdirilir.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib