Dərc edilib: 05-05-2017

https://www.nuh.az/10663-.html

Aktyorun atası AMEA-ya müxbir üzv oldu

05.05.2017 15:18:39

Cəmiyyət

Əməkdar artist Cabir İmanovun atası Qorxmaz İmanov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü seçilib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə aktyorun özü sosial şəbəkədə məlumat verib.C. İmanov qeyd edib ki, atası Milli Elmlər Akademiyasının ümumi yığıncağında keçirilən seçkilərin qərarına əsasən, AMEA-nın müxbir üzvü seçilib. 

Qeyd edək ki, Q. İmanov AMEA Kibernetika institutunun Fazzi İqtisadiyyat laboratoriyasının rəhbəri, İspaniya Kral İqtisadiyyat və Maliyyə Akademiyasının fəxri xarici üzvü, Dövlət mükafatı laureatıdır. 

 

  NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib