Dərc edilib: 05-05-2017

https://www.nuh.az/10665-.html

14 yaşlı ikinci dəfədir adam öldürür

05.05.2017 16:04:37

Cəmiyyət

Mayın 3-də qanunsuz olaraq idarə etdiyi “Porsche” markalı avtomobillə 24 yaşlı qadını vuraraq öldürəın biznesmen oğlu, 14 yaşlı Ağaəli Fərəcovla bağlı  ziddiyyətli məlumatlat  gündəmi zəbt edib.

Məlumat üçün qeyd edək ki, Bakının Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsindən metronun “Neftçilər” stansiyası istiqamətinə gələn yolda tanınmış iş adamı Füzuli Fərəcovun oğlu Ağaəli Fərəcovun idarə etdiyi “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobil Gürcüstan vətəndaşı 24 yaşlı Xəyalə Məmmədovanı vuraraq öldürüb. Vəfat edən Xəyalə Məmmədova iki uşaq anası olub.

Yayılan xəbərlərdə  Füzulu Fərəcovun  Sumqayıtın icra başçısı  Zakir Fərəcovun qardaşı olduğu qeyd olunur.

 Bu gün NUH.az-a telefon açan şəxs  bildirdi ki, Füzuli Fərəcovla   Zakir Fərəcovun heç bir qohumluq əlaqəsi  yoxdur.  Həmin şəxs onu da əlavə etdi ki, 14 yaşı  2 il əvvəl başqa bir adamı da avtomobillə vuraraq öldürüb. 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib