Dərc edilib: 06-05-2017

https://www.nuh.az/10673-.html

Kabab qadağan edildi

06.05.2017 14:48:42

Maraqlı

İtaliyanın Venesiya şəhərində kabab və digər fast food restoranları qadağan edilib.


"Qaynar" "Guardian"a istinadən xəbər verir ki, bu restoranlar artıq fəaliyyətini dayandırıb.

Şəhərin turizm məsələləri üzrə direktoru Paola Mar bildirib ki, bu addımın əsas səbəbi şəhərdəki qədim ənənələri və mədəni irsi qorumaqdır. O, qeyd edir ki, hər il buraya fərqli mədəniyyətlərin nümayəndələri olan milyonlarla turist gəlir və hər biri dəyişikliyə səbəb ola bilər.

"Biz öz mədəniyyətimizi, adət-ənənələrimizi qorumağa çalışırıq" deyən Mor pizzanın dilimlə satışına və Müqəddəs Mark meydanında yemək yeyilməsinə də qadağa qoyulduğunu deyib.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib