Dərc edilib: 06-05-2017

https://www.nuh.az/10675-.html

Azərbaycanda oxuyan kosmetoloq-"dodaq həkimi" həbs edildi

06.05.2017 18:07:22

Cəmiyyət

Tibb bacısını dodaqsız qoyan "kosmetoloq" mağazadan 2 şüşə pivə oğurlayıb

Azərbaycanda təhsil aldığını deyərək saxta dodaq silikonları ilə bir neçə qadının həyatını alt-üst edən türk həkim tutuldu. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, saxta həkim oğurluq üstündə saxlanılıb. 

 

22 yaşlı Merve Keleşin dodaq faciəsi ilə gündəmə gələn Soner Gülnaz (34 yaş) adlı saç ustası 2012-ci ildə bir marketdən iki şüşə pivə oğurladığı üçün məhkəməyə verilmişdi.

Onun məhkəmə tərəfindən bu oğurluğa görə 5 il 3 ay həbs cəzası aldığı üzə çıxıb. Lakin o cəzasını çəkməkdən yayınıb və gizlənib. Fərari olan Soner Gülnaz polis tərəfindən yaxalanaraq həbsxanaya göndərilib.

Saxta həkimin təhdid və təhqir, qəsdən adam yaralama, intihara sövq etmə, iş yerində oğurluq kimi bir çox cinayətdə adının hallandığı üzə çıxıb. 

Azərbaycanda oxuduğunu iddia edən kosmetoloq türk qızın həyatını məhv etməsi ilə gündəmə gəlib. Türkiyədə tibb bacısı kimi çalışan Merve Kalaş kosmetoloq həkimin qurbanı olub. 22 yaşlı Merve Keleş Adanada internetdə özünü mütəxəssis kimi təqdim edən saç ustası Soner G.-yə müraciət edib. 

Soner.G Azərbaycanda təhsil aldığını deyib və ona 1000 lirə müqabilində dodaq silikonu vurub. Lakin bir neçə gün sonra gəncin dodağı şişməyə və ağrımağa başlayıb. Onun dodaqlarına inyeksiya edilən və tərkibi bəlli olmayan maddə gözlənilən nəticəni verməyib. 

Nəticədə qızın dodaqları qorxunc vəziyyətə düşüb və onları itirmək təhlükəsi ilə qarşılaşıb. 

 

Merve Keleş
Merve Keleş

NUH informasiya agentliyi səhifəsindən çap edilib