Dərc edilib: 07-05-2017

https://www.nuh.az/10680-.html

Azərbaycanda həkimin evinə girib əl-qolunu bağladılar

07.05.2017 14:06:40

Hadisə

Biləsuvarda quldurluq hadisəsi baş verib.
 
APA   xəbər verir ki, hadisə Biləsuvar  rayon mərkəzində qeydə alınıb.
 
Biləsuvar rayon Mərkəzi Xəstəxanasının həkimi Göyçək İbrahimovanın evinə daxil olan şəxslər əvvəl onun əl-qolunu bağlayıb, daha sonra evdə olan qızıl-zinət əşyalarını götürərək hadisə yerindən qaçıblar.
 
Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, G. İbrahimova Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının Laboratoriya şöbəsində çalışır.

 

  NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib