Dərc edilib: 08-05-2017

https://www.nuh.az/10690-.html

Azərbaycanın ombudsmanı Bahar Muradova olacaq

08.05.2017 14:47:47

Siyasət

 Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın səlahiyyət müddəti başa çatıb.

2010-cu il martın 5-dən müvəkkil seçilən E.Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanununa əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə-2002-ci il və 2010-ci ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilib.

Qanunvericilikdə qeyd edilib ki, müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

NUH.az-a daxil olan məlumata görə, artıq Ombudsman postuna namizədlər bəllidir. Mənbə NUH.az-a bildirib ki, vitse-spiker  Bahar Muradovanın İnsan hüquqları üzrə müvəkkil  seçilməsi məsələsi artıq  həll olunub.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib