Dərc edilib: 09-05-2017

https://www.nuh.az/10701-.html

Növbədənkənar prezident seçkiləri keçirilir

09.05.2017 12:04:31

Dünya

Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçirilir.


"Qaynarinfo" BBC-yə istinadən xəbər verir ki, Cənubi Koreyanın keçmiş prezidentinin adı korrupsiya qalmaqalında hallanandan sonra bu gün növbədənkənar seçkilər keçirilir.

Seçkilərdə iştirak edən 13 namizəd ölkənin iqtisadiyyatını inkişaf etdirəcəyini, gənclərin işsizlik probleminin aradan qaldırılacağını, elit təbəqə və ailə biznesi olan şəxslərə edilən güzəştlərin ləğvini, təhlükəsizlik məsələlərinin həllini vəd edir. 

Qeyd edək ki, seçkinin əsas namizədi 40% səs yığacağı gözlənilən Mun Cey İn-dir.

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib