Dərc edilib: 11-05-2017

https://www.nuh.az/10717-.html

Prezident Pirallahıda yeni körpünün açılışında iştirak edib - FOTOLAR

11.05.2017 12:17:50

İqtisadiyyat

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 11-də paytaxtın Pirallahı rayonunda yeni körpünün açılışında iştirak ediblər.

"Qaynarinfo"nun məlumatına görə, “Azəravtoyol” ASC-nin prezidenti Saleh Məmmədov dövlət başçısına Pirallahı körpüsü və yanaşma yolları barədə məlumat verib.

Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu 442, eni 14, hərəkət zolağının eni isə 12 metrdir.

Dövlət başçısı yeni körpünün rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib