Dərc edilib: 13-05-2017

https://www.nuh.az/10739-.html

Türkiyə Azərbaycan şahzadəsinin qəbrinin yerini dəyişdirdi - FOTOLAR

13.05.2017 16:35:20

Hadisə

Zeynəl bəyin Türkiyədəki 634 illik türbəsinin yeri dəyişdirilib.


Zeynal bəyin türbəsi Həsənkeyf Mədəniyyət Parkında yerləşdirilib. Türbənin dağılmadan daşınması üçün Türkiyə dünyanın ən müasir texnologiyalarından istifadə edib.

Türbə öz əvvəlki yerindən 2 kilometr uzaq məsafəyə yerləşdirilib. Türbənin yerinin dəyişdirilməsi prosesi 3,5 saat davam edib.

Qeyd edək ki, Zeynal bəy Azərbaycanın böyük hökmdarlarından olan Ağqoyunlu dövlətinin yaradıcısı Uzun Həsənin oğludur. O, 1473-cü ildə Osmanlı ilə Ağqoyunlu arasında olan məşhur Otluqbeli savaşında həlak olub.(axar.az)

 

  NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib