Dərc edilib: 15-05-2017

https://www.nuh.az/10755-.html

Qubalı milyarder biznes imperiyasını genişləndirir

15.05.2017 15:26:00

İqtisadiyyat

Qubada anadan olan, Rusiyada fəaliyyət göstərən milliyyətçə dağ yəhudisi iş adamı Qod Nisanov biznes imperiyasını daha da genişləndirir.

 

İstipress   xəbər verir ki, “Kiyev meydanı” şirkətinin və "Saffa İnstruments" Açıq Səhmdarlıq Cəmiyyətinin idarə heyətinin sədri Qod Nisanov yeni fərqli formada üçulduzlu mehmanxana açacaq.

Məlumata görə, hotellərin fəaliyyətə başlaması üçün aparılan danışıqlar başa çatmaq üzrədir. Qeyd olunur ki, mehmanxana Park İnn adı altında fəaliyyət göstərəcək.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib