Dərc edilib: 16-05-2017

https://www.nuh.az/10765-.html

Bakıda restoran sahibinin gecə yarışları: Avtomobil parçalandı - FOTO – VİDEO + YENİLƏNİB

16.05.2017 12:07:24

Hadisə

Bakının Xətai rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

 Report   xəbər verir ki, Neftçilər prospekti ilə hərəkətdə olan, 1982-ci il təvəllüdlü Şənlik Şükürovun idarə etdiyi “BMW X5” markalı avtomobil yol kənarındakı sürücüləri məlumatlandıran monitorun dirəyinə çırpılıb.

Nəticədə avtomobil bir neçə hissəyə ayrılıb, sürücü və avtomobildə olan sərnişin, 1985-ci il təvəllüdlü Babayeva Xatirə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzaya uğrayan avtomobil Neftçilər prospektində “Range Rover” markalı digər avtomobil ilə sürət yarışına çıxıb və nəticədə yol qəzası baş verib.

 

BMW markalı avtomobil dirəyə çırpılıb. Zərbə o qədər güclü olub ki, avtomobil bir neçə hissəyə parçalanıb. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər xəsarət alıb.
 
Faktla bağlı araşdırma aparılır.

 

 

Qeyd edək ki, Ş.Şükürov “Salam Aleykum” restoranının sahibidir.

 

 

  NUH.az

 

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib