Dərc edilib: 16-05-2017

https://www.nuh.az/10768-.html

Klinton siyasətə qayıtdı

16.05.2017 15:25:16

Siyasət

Keçən il ABŞ-da prezident seçkilərinin əsas namizədlərindən olan Hillari Klinton yeni siyasi təşkilat qurub.


“Qaynarinfo” xəbər verir ki, bu barədə xanım Klinton öz “twitter” hesabında paylaşıb. 

O, “İnsanları siyasətə cəlb edərək, prosesləri təyin etməyə hətta idarə etməyə təşviq etmək üçün təşkilatı yaratdıq” izahını verərək "Birlikdə İrəli" (Onward Together) adlı təşkilatının rəsmi saytını təqdim edib. 

Təşkilatın əsas məqsədinin isə Klintonun ötən il seçkiqabağı kampaniya zaman irəli sürdüyü ideyaları təbliğ etmək olduğu bildirilib.

Qeyd edək ki, seçkilərdən sonra Kliton siyasi fəallıq göstərməyib. Bu addımı isə onun siyasətə yenidən qayıdışı kimi qiymətləndirilir.

 

   NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib