Dərc edilib: 17-05-2017

https://www.nuh.az/10772-.html

“Türkiyənin yanındayıq” - Trampdan Ərdoğana jest

17.05.2017 00:20:52

Siyasət

Türkiyə və ABŞ prezidentləri bu gün ilk dəfə olaraq görüşəcəklər.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hər iki lider Suriya böhranı və PKK/PYD terror qruplaşmasının ABŞ tərəfindən silahlandırılması məsələlərini müzakirə edəcək. 

Artıq prezident Rəcəb Tayyip Ərdoğan və birinci xanım Əminə Ərdoğan dövlət rəsmiləri üçün nəzərdə tutulan qonaq evi “Blair House”a keçiblər. 

***

“Milliyet” xəbər verir ki, ABŞ və Türkiyə prezidentlərinin görüşü artıq başlayıb.

Donald Tramp Rəcəb Tayyib Ərdoğanı Ağ Evdə qarşılayıb.

Qeyd olunur ki, liderlər PKK-nın Suriya qolu olan YPG-yə ağır silahlar verilməsi, eləcə də FETÖ lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi məsələsini müzakirə edəcəklər. 20 dəqiqəlik görüşdən sonra ortaq mətbuat konfransı keçiriləcək. 

***

“Haberturk”un məlumatına görə, Trampla Ərdoğanın 22 dəqiqə davam edən görüşü artıq yekunlaşıb.

***

“Haberturk” xəbər verir ki, dünya liderləri görüşdən sonra ortaq mətbuat konfransı keçiriblər.

“Prezident Ərdoğanı qəbul etməkdən qürur duyuram. Türkiyə kommunizmə, Sovet İttifaqına qarşı mübarizə aparıb. Türklər Amerika əsgərləri ilə birlikdə vuruşublar. Onların etdiklərini heç vaxt unutmayacağıq. 

PKK və İŞİD-ə qarşı mübarizədə Türkiyənin yanındayıq”, - deyə D. Tramp bildirib.

 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib