Dərc edilib: 17-05-2017

https://www.nuh.az/10779-.html

Yaponiya şahzadəsi bu oğlana görə taxtdan imtina etdi - FOTOLAR

17.05.2017 18:02:23

Hadisə

Yaponiya kralı Akihitonun qızı şahzadə Mako turizm işçisi ilə evlənib.


"Qaynarinfo" "Daily mail"ə istinadən xəbər verir ki, Yaponiya şahzadəsi Mako dünən dəniz həvəskarı və turizm işçisi olan Key Komuro ilə evlənib. Qədim ənənələrə görə bu hadisədən sonra Mako şahzadə statusunu itirib. Cütlük 5 il əvvəl restoranda tanış olub və hər ikisi Tokio Beynəlxalq Kristian Universitetində təhsil alıb. Şahzadə, Tokiodakı bakalavr təhsilini Şotlandiyanın Edinburq Universitetində davam etdirib, sonra isə Leyçester Universitetində magistr dərəcəsinə yiyələnib. Hazırda isə Tokio Universitetində doktorluq dərəcəsi almaq üçün çalışır. 


 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib